Bakıda Google, Meta, Rafineri kimi şirkətlərin iştirakı ilə “Digital Marketing Conference” keçiriləcək!

“Facemark” MMC təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan “Digital Marketing Conference”  11 iyun, 2023-cü il tarixində “Four Seasons Hotel Baku”da keçiriləcəkdir.

Rəqəmsallaşaraq böyüyən, qloballaşaraq bütünləşən müasir biznes modeli ilə gələcəyin marketoloquna çağırış edən konfransın ana devizi “Rəqəmsal Minimalizm”dir.

500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirin hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək faydalı platforma rolunu oynamaqdır.

“Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” adlı 3 paneldən ibarət olacaq konfransda 3 peşəkar moderator və 15 spiker təcrübələrini bölüşəcək.

Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference” 2023-ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/dmcbaku.az/

İnstaqram: https://www.instagram.com/dmcbaku.az/

Linkedln:https://www.linkedin.com/company/digital-marketing-conference/